İçib yol kənarında uzandı, hadisə oldu
20 iyul 2014 14:24 (UTC +04:00)

İçib yol kənarında uzandı, hadisə oldu

Bakıda sərxoş kişi Nəsimi Rayon Polis İdarəsi və Təcili və Təxirəsaılnmaz tibbi yardımın əməkdaşlarını ayağa qaldırıb. Lent.az-ın məlumatına görə, Ramil Qurbanov adlı şikayətçi anspress-ə bildirib ki, 50-55 yaşlı şəxs 3-cü mikrorayon bazarının yaxınlığında, yolun kənarında hərəkətsiz vəziyyətdə uzanıb. Şahid həmin şəxsin vəziyyəti ağır olduğunu, güclə nəfəs aldığını deyərək can verdiyindən şübhələndiyini bildirib. 

Hadisə yerinə təcili və təxirəsalınmaz tibbi yardımın əməkdaşları gəlsə də, onu xəstəxanalıq olmadığı qənaətinə gələrək ərazidən uzaqlaşıblar. Polisdən isə heç bir səs-soraq çıxmayıb.

Məsələ ilə bağlı Təcili və Təxirəsaılnmaz Tibbi Yardımla əlaqə saxladıq. Qurumdan bildirdilər ki, həmin şəxs sadəcə sərxoşdur, həyatı üçün heç bir təhlükə olmadığına görə, xəstəxanaya aparılmayıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları isə sərxoş şəxsin harada uzanıb qaldığını tapa bilməyiblər. Bir müddət bölgədə axtarışlar həyata keçirib. Sonda onun yerini tapa biliblər.

“Biz onu yolun kənarında aşkarladıq. Vətəndaşın telefonda bizə dediyi kimi vəziyyəti ölümcül deyildi. Sadəcə tüfeyli həyat keçirir. Möhkəm içkili olub. Vətəndaş da elə bilib ki, can verir. İçkili şəxsi xəstəxanaya göndərdik”, - deyə Nəsimi RPİ-dən bildirdiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593

Oxşar yazılar