Azərbaycan Ordusunda daha bir təyinat olub.
APA-nın xəbərinə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun imzaladığı müvafiq əmrlə Bakıda yerləşən “N” saylı hərbi hissənin komandiri, polkovnik Hikmət Həsənov Naxçıvan korpusuna qərargah rəisi vəzifəsinə təyinat alıb.
Buna qədər Naxçıvan korpusunun qərargah rəisi vəzifəsində general-mayor Heydər Piriyev çalışıb. H.Piriyev Z.Həsənovun əmri ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) rəisi təyin olunub.