Quldurluq etməkdə şübhəli bilinən Astara rayonunun Şahağacı kəndində yaşayan Rövşən Abdullayev tutulub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 27-də Astara rayonunun Şahağacı kəndində yaşayan Bəhriyyə Mirzəyevanın evinə girən maskalı şəxs onu bıçaqla hədələyib oradan 2000 manat və 5000 Rus rublu aparıb.
Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şübhəli bilinən həmkəndlisi Rövşən Abdullayev saxlanılıb.