Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsi cəhdinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətin saytına istinadən məlumatına görə, 11 saylı cəzaçəkmə müəssisəsinə cəza çəkən, Cinayət Məcəlləsinin 120.2.2 və 120.4 maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum edilən məhkum Cəsarət Rasim oğlu Mustafayevin yanına qısamüddətli görüşə gəlmiş bacısı, Tərtər rayon sakini Zümrüd Rasim qızı Mustafayevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.
Baxış zamanı əl çantasının içərisindən 1 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı mobil telefon aparatları, 1 ədəd “Cin” və 1 ədəd “Azercell” danışıq kartları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.