![Həbsxanaya mürəbbənin içində narkotik keçirilmək istədi, tutuldu](https://lent.az/storage/news/2019/may/14/big/e281f576e6c532513219367e6d513904.jpg)
Həbsxanaya mürəbbənin içində narkotik keçirilmək istədi, tutuldu
Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməyə cəhd edilib.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə və Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 177.2.5-ci (oğurluq) maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zahidov Seymur Teymur oğluna atası Bakı şəhər sakini Zahidov Teymur Kamil oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki ədəd plastik qabda olan heyva və moruq mürəbbəsinin tərkibində ümumi çəkisi 0,52 qram olan narkotik vasitə “Metadon” aşkarlanıb.
Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrinə əsasən həbs edilmiş şəxs Qəhrəmanov Siyab Bəxtiyar oğlu Bakı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki şalvarın bel hissəsində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə 1,875 qram narkotik vasitə “Tiryək” aşkar edilib.
Faktlarla bağlı araşdırma aparılır.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı](https://lent.az/storage/news/2024/july/26/big/66a3c5e14736e66a3c5e147370172200905766a3c5e14736566a3c5e14736a.jpg)
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 iyul 2024 , 19:48![Büroda vəkilin meyiti tapıldı - başından vurulub](https://lent.az/storage/news/2024/july/26/big/66a3b13d3fa6566a3b13d3fa6817220037734447cfb40efac2e199259b3cd6724fb3.jpg)
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 iyul 2024 , 19:46![Sumqayıtda yaşayış binasında yanğın oldu](https://lent.az/storage/news/2024/july/26/big/66a3bf70e406066a3bf70e4061172200740866a3bf70e405a66a3bf70e405d.jpeg)
Sumqayıtda yaşayış binasında yanğın oldu
26 iyul 2024 , 19:22![“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO](https://lent.az/storage/news/2024/july/26/big/66a3b91f9f22a66a3b91f9f22b172200579166a3b91f9f22466a3b91f9f227.jpg)
“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 iyul 2024 , 18:54![Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ](https://lent.az/storage/news/2024/july/26/big/66a3a2a141a3f66a3a2a141a41172200003366a3a2a141a3966a3a2a141a3d.jpg)
Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ
26 iyul 2024 , 18:41![1000-ə yaxın miqrant Rusiyadan qovulur](https://lent.az/storage/news/2024/july/26/big/66a39f5ee36a166a39f5ee36a2172199919866a39f5ee369b66a39f5ee369e.jpg)
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 iyul 2024 , 17:49![Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU](https://lent.az/storage/news/2024/july/26/big/66a339229862766a3392298628172197302666a339229862166a3392298624.jpg)
Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU
26 iyul 2024 , 16:57![Keçmiş nazir barın yanında öldü](https://lent.az/storage/news/2024/july/26/big/66a396d3e7eab66a396d3e7eac172199701166a396d3e7ea666a396d3e7ea9.jpg)