Cəzaçəkmə müəssəsinə telefon keçirilməsi cəhdinin qarşısı alınıb. Lent.az-ın Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinə istinadən məlumatına görə, 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 177.2.1 maddəsinə əsasən həbs edilən Babayev Namiq Kərim oğlunun yanına gələn tanışı Ağdam şəhər sakini Haqverdiyev Çingiz Novruz oğlunun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı “SAB” kolbasasının içərisində sellofana bükülərək xüsusi üsulla gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Bakıda kolbasanın içindən telefon çıxdı
Oxşar yazılar

Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45
“Bir balıq tuta bilmədin” deyib döydü, dənizə atdı
2 iyul 2025 , 16:18
Şabranda dağ yanır
2 iyul 2025 , 16:14
Tağı İbrahimovun mebel sexindəki dəhşətli yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi
2 iyul 2025 , 16:09
Sankt-Peterburqda azərbaycanlı iş adamı saxlanıldı -VİDEO
2 iyul 2025 , 15:53
Səfərov qardaşları posttravmatik şokdan vəfat edib - Müstəntiq -YENİLƏNİB
2 iyul 2025 , 10:57