Həbsxanaya 6 telefonu birdən keçirmək istədi
10 iyun 2014 13:55 (UTC +04:00)

Həbsxanaya 6 telefonu birdən keçirmək istədi

0

2 saylı cəzaçəkmə müəssisəsinə mobil telefonların keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətdən Lent.az-a verilən xəbərə görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Anar Rəhim oğlu Məmmədovun yanına qısamüddətli görüşə gəlmiş dostu Məhəmməd İsmayıl oğlu İsmayılovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

 

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yeməklə dolu qazanın dibində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 ədəd “Nokia-1280” markalı, 1 ədəd “Nokia X6” markalı, 1 ədəd “TMT-T-M3” markalı, 1 ədəd “Nokia C2-01” markalı və 1 ədəd “Nokia-E6” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, A.Məmmədov CM-nin 126.3; 331.2; 331.3; 125; 150.2.5; 338.1; 341.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

 

Fakt üzrə araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 942

Oxşar yazılar