Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin xəstəxanaya yerləşdirilməsinin səbəbləri məlum olub.
Lent.az-ın "report"a istinadən xəbərinə görə, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov deyib ki, N.Quliyev müayinə məqsədilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb: "Səhhətində müəyyən problemlər var. Hazırda müayinələr aparılır. Xəstəliyin nə olduğu aparılan müayinələrdən sonra məlum olacaq".
***
15:15
17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev xəstəxanaya yerləşdirilib. Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, səhhətində yaranan problemə görə o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.
Nicat Quliyevi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.