Hacıqabulda dəhşətli hadisə nəticəsində ər-arvad ölüb - <span style="color:red;">YENİLƏNİB
18 oktyabr 2014 20:38 (UTC +04:00)

Hacıqabulda dəhşətli hadisə nəticəsində ər-arvad ölüb - YENİLƏNİB

0

Hacıqabul rayonunda ər-arvad bədbəxt hadisə nəticəsində ölüb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Pirsaat qəsəbəsi ərazisində yüksək gərginlikli elektrik naqil qırılaraq  50 BE 777 dövlət qeydiyyat nişanlı "VAZ 2106" markalı avtomobilin üstünə düşüb. Avtomobilin sürücüsü 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu avtomobildən düşüb naqili kənara çəkərkən cərəyan onu vurub öldürüb. Bu zaman cərəyan maşında olan sürücünün yoldaşı 1960-cı il təvəllüdlü Seyranə Abdullayevanı da vurub və avtomobildə yanğın başlayıb. Nəticədə, qadın avtomobildə yanaraq ölüb.

 

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsönsürənləri yanğını söndürüblər və ərazidə təhlükəsizlik tədbirləri görüblər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4908

Oxşar yazılar