<b>Abdullah Gül:</b> “Azərbaycandakı inkişaf bizə qürur verir”
30 aprel 2015 16:39 (UTC +04:00)

Abdullah Gül: “Azərbaycandakı inkişaf bizə qürur verir”

0
“Azərbaycanda müşahidə olunan inkişaf bizə qürur verir”.

 

APA-nın məlumatına görə, bu sözləri Türkiyənin 11-ci prezidenti Abdullah Gül deyib. O, Azərbaycanın I Avropa Oyunları və digər mühüm tədbirlərə ev sahibliyi edəcəyini xatırladıb: “Bakı tarixi şəhərdir. 19-cu əsrdə neftin tapıldığı önəmli şəhərlərdən biri kimi dünyada böyük şəxslərin diqqətini cəlb edib. Bakı həm də siyasi paytaxtdır və Azərbaycan enerji resursları ilə zəngin ölkədir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft boru xətti yuxu kimi görünürdü. Ancaq reallaşdı. Sonra biz Bakı-Tbilisi-Ərzurum qaz boru xətini reallaşdırdıq. Çəkiləcək TANAP xətti də Azərbaycanı Avropada önəmli enerji mənbəyi olaraq ortaya çıxaracaq. Bakı-Tbilisi-Qars dəmir yol xətti çox önəmli layihədir və bitmək üzrədir. Bunlar Azərbaycan qaynaqlı layihələrdir. Gürcüstan və Türkiyə üzərindən çıxır və bütün Avropaya paylanır. Dünya bu layihələrə çox önəm verir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar