Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb
03 noyabr 2014 09:45 (UTC +04:00)

Güclü qar səbəbindən Quba-Xınalıq yolu bağlanıb

0
Ötən gündən başlayaraq Quba rayonuna yağmağa başlayan qar bir sıra fəsadlar törədib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, güclü qarın yağması nəticəsində Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti məhdudlaşıb.

 

Quba 5 saylı Yol İstismar İdarəsindən (Yİİ) APA-nın yerli bürosuna verilən məlumata görə, yolun 30-cu km-dən sonra Xınalıq istiqamətinə maşınların hərəkəti qeyri-mümkündür.

 

Hazırda yolun qardan təmizlənməsi və yolun açılması üçün əraziyə 5 saylı Yİİ-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1359

Oxşar yazılar