Şəkidə gilas ağacından yıxılan üç uşaq anası ağır xəsarət alıb.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saat 16 radələrində rayonun Baş Zəyzid kənd sakini 1990-cı il təvəllüdlü Aygün Hidayət qızı Camalova aşağı ətrafların iflici xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan APA-ya bildirilib ki ,müayinə zamanı üç uşaq anası olan Aygün Camalovanın yaşadığı ünvanda gilas yığarkən ağacdan yıxılması məlum olub.
Aygün Camalovaya ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.