Gəncədə yaşayış evində yanğın: 3 nəfər xəsarət alıb
27 iyul 2014 02:26 (UTC +04:00)

Gəncədə yaşayış evində yanğın: 3 nəfər xəsarət alıb

0
Bu gecə Gəncədə yanğın hadisəsi qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yanğın Mirəli Qaşqay küçəsi, 5 ünvanında yerləşən birmərtəbəli yaşayış evində baş verib.

 

Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğının qarşını alıb.

 

Yanğın zamanı 3 nəfər: 1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun övladları, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı və 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 953

Oxşar yazılar