Aprelin 18-də Gəncə şəhərində qətl törədilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, şəhər sakini Yaqub Qəhrəmani münaqişə zəminində həmyerlisi Əli Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə Ə.Əliyev ölüb.
Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qəhrəmani və hadisədə iştirak etmiş digər şəxs - şəhər sakini Əli Qəhrəmani tutulub.
Araşdırmalar aparılır.