Gəncədə maşın piyadanı vurub öldürdü
02 noyabr 2014 00:57 (UTC +04:00)

Gəncədə maşın piyadanı vurub öldürdü

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə hadisə noyabrın 1-də axşam saatlarında şəhərin Nizami ilə Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində baş verib. Gəncə şəhər sakini, 30 yaşlı Rafiz Qasımov idarə etdiyi” VAZ2107” markalı avtomobillə hərəkətdə olarkən, 59 yaşlı Tərxan Qurbanovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardı Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769

Oxşar yazılar