Gəncədə iki bıçaqlanma hadisəsi: qardaş qardaşı qanına qəltan etdi
02 noyabr 2014 01:34 (UTC +04:00)

Gəncədə iki bıçaqlanma hadisəsi: qardaş qardaşı qanına qəltan etdi

Gəncədə bir gecədə iki nəfər bıçaqlanıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından  verilən məlumata əsasən, şəhər sakini, 33 yaşlı Allahverdiyev Rəşad Firuddin oğlu qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, R. Allahverdiyevi 27 yaşlı Rəhman Nağıyev bıçaqlayıb. Hadisənin dəmir yol vağzalı yaxınlığında baş verdiyi bildirilir.

 

Xəstəxanadan verilən məlumata görə, bu gecə 24 yaşlı Seyfullayev Mirdamət Nizami oğlu da döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun qardaşı tərəfindən bıçaqlandığı deyilir.

 

Həkimlər hər iki şəxsin vəziyyətinin ağır olduğu söyləyiblər.

 

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1121

Oxşar yazılar