Qadının əl-qolunu bağlayıb diri-diri yandırdılar <span style="color:red;">- AZƏRBAYCANDA
07 noyabr 2014 14:05 (UTC +04:00)

Qadının əl-qolunu bağlayıb diri-diri yandırdılar - AZƏRBAYCANDA

0

Gəncədə döhşətli qətl törədilib. Lent.az-ın məlumatına görə, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Ü.Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib və 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra evdə 47 yaşlı P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.

Gəncə ŞBPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.  

 

 

 

******

 

07:57

 

Bu gecə Gəncədə ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 17 kv.m birotaqlı mənzildə baş verib. Nəticədə ev əşyaları 3 kv.m sahədə qismən yanıb. Hadisə zamanı  yanğınsöndürənlər tərəfindən ev sahibi 1967-ci il təvəllüdlü İsmayılova Pərvanə Əziləddin qızının meyiti aşkar edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8028

Oxşar yazılar