Gəncədə ev, Cəlilabadda isə "Opel" yanıb
31 oktyabr 2014 02:13 (UTC +04:00)

Gəncədə ev, Cəlilabadda isə "Opel" yanıb

0

Gəncə və Cəlilabadda yanğın hadisələri qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  Gəncənin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv m olan 2 otaqlı evdə yanğın olub. Nəticədə evin 1 otağında 1 ədəd  çarpayı yanıb. Ev yanğından mühafizə olunub.  

 

Cəlilabad şəhərində isə vətəndaşa məxsus "Opel" markalı minik avtomobildə yanğın baş verib. Nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 602

Oxşar yazılar