Gəncədə axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Gəncə-Şəmkir magistral avtomobil yolunun 1-ci km-də, Heydər Əliyev mərkəzinin qarşısında yerləşən 5 mərtəbəli yataqxanada baş verib. Məlumata görə, yanğın binanın dam örtüyünü tamamilə və üst mərtəbəsini qismən əhatə edib.
Yanğının söndürülməsinə FHN-nin Gəncə şəhər və Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissələrinin 10-dək yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur.