Gecə köşk və ev yanıb
15 aprel 2017 06:26 (UTC +04:00)

Gecə köşk və ev yanıb

0

Göyçay və Cəlilabad  rayonlarında yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Göyçayda yanğın Bığır kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 8 m² olan köşkdən baş verib. Nəticədə köşkün yanar konstruksiyaları və içərisində ərzaq məhsulları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Cəlilabad rayonu, Qarazəncir kəndində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan ikimərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar