“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu axşam 22 : 00-dan etibarən Yasamal rayonu Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkının ətrafı və Tbilisi prospektində rəngləmə işləri aparılacaq. ASC-dən Lent.az-a bildirilib ki, rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazilərdə diqqətli olmaları xahiş edilir.