Füzuli rayonunda əkin sahələri yanıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Füzuli rayonunda 400 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Yanğın bölmələr tərəfindən söndürülüb.