Fuad Qəhrəmanlının həbs müddəti uzadıldı
04 may 2016 15:39 (UTC +04:00)

Fuad Qəhrəmanlının həbs müddəti uzadıldı

0

Nəsimi rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb. Bu barədə APA-ya məlumat verən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə vəsatəti təmin edərək onun həbs müddətini 2 ay uzadıb.

 

Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar)  və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar