Fövqəladə hallar nazirinin müavini zəlzələ bölgəsində olub - YENİLƏNİB
30 iyun 2014 17:56 (UTC +04:00)

Fövqəladə hallar nazirinin müavini zəlzələ bölgəsində olub - YENİLƏNİB

Azərbaycan fövqəladə hallar nazirinin müavini Ragim Lətifov dünən axşam zəlzələ baş vermiş Zaqatala rayonunda olub.


 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, nazir müavini zəlzələnin episentrinin yaxınlığında yerləşən ərazilərə baş çəkib.

 

Nazir müavini və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə digər rəsmi qurumların nümayəndələri ilə birgə rayonun Göyəm, Dombabinə, Faldarlı, Sabunçu və digər kəndlərində olublar.

 

Qeyd edək ki, dünən axşam Zaqatala rayonunda zəlzələ baş verib. Zəlzələ episentrə yaxın ərazilərdə 6 bal gücündə hiss olunub.

 

Zəlzələ nəticəsində dağıntı və itki qeydə alınmayıb.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962
avatar

Oxşar yazılar