Firudun Sadıqov: “Ağdamda vurulan helikopterdə stasionar silahlar olub”
18 noyabr 2014 15:08 (UTC +04:00)

Firudun Sadıqov: “Ağdamda vurulan helikopterdə stasionar silahlar olub”

 

 

 “Ermənilər bütün dünyaya elan ediblər ki, Azərbaycan helikopteri vurub. Həmin helikopterdə isə silah olmayıb”.

 

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov deyib.

 

F. Sadıqov bildirib ki, həmin helikopterdə silahın olub-olmamasını müəyyən etmək mümkündür:  “İndi internet dövrüdür. Həmin helikopter zavoddan çıxanda hansı silahlarla çıxır, bunları internet vasitəsi ilə müəyyən etmək mümkündür. O helikopeterdə stasionar silahlar var və bu çox təhlükəlidir. Digər tərəfdən, Azərbaycanı günahlandırırlar ki, helikopteri vurub. Azərbaycan müharibə şəraitində olan ölkədir. Hava məkanının müəyyən yeri hərbi təyyarələr üçün bağlıdır. Helikopter Azərbaycan ərazisində - Ağdamda vurulub”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 770
avatar

Oxşar yazılar