FHN Xəzərdəki partlayışla bağlı məlumat yaydı
29 oktyabr 2019 17:58 (UTC +04:00)

FHN Xəzərdəki partlayışla bağlı məlumat yaydı

0
 
 
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
 
Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən müvafiq işlər aparılır.
 
Əlavə məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1350

Oxşar yazılar