FHN neft meydançasında baş verən qəza barədə məlumat yaydı
23 oktyabr 2014 21:35 (UTC +04:00)

FHN neft meydançasında baş verən qəza barədə məlumat yaydı

Oktyabrın 23-ü, saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın hadisəsi baş verib.

 

Dərhal FHN-nın müvafiq qurumları hadisə yerinə cəlb edilib və yanğın saat 12.45 radələrində söndürülüb. Qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlıb. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcək.

# 1031
avatar

Oxşar yazılar

Salyanda maşın piyadanı vurub öldürdü

Salyanda maşın piyadanı vurub öldürdü

27 may 2024 , 00:46
Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

Azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsidi

26 may 2024 , 18:52
Kür məcradan çıxır

Kür məcradan çıxır

26 may 2024 , 16:21
Astaraya qonaq gedən əcnəbi kürəkən  öldü

Astaraya qonaq gedən əcnəbi kürəkən öldü

26 may 2024 , 14:06
Qazaxda çay daşdı - YENİLƏNİB

Qazaxda çay daşdı - YENİLƏNİB

26 may 2024 , 12:53
Siyəzəndə 45 yaşlı kişi  özünü güllələdi

Siyəzəndə 45 yaşlı kişi özünü güllələdi

26 may 2024 , 11:43
Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında YANĞIN

26 may 2024 , 10:13
Nardarandakı bu çimərliklə bağlı  QƏRAR

Nardarandakı bu çimərliklə bağlı QƏRAR

25 may 2024 , 22:57