Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, FHN Novruz bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib. Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanmış, şəxsi heyət təlimatlandırılıb.