FHN Bakıda baş vermiş yanğınla bağlı məlumat yaydı
28 aprel 2015 05:46 (UTC +04:00)

FHN Bakıda baş vermiş yanğınla bağlı məlumat yaydı

0

Fövqəladə Hallar Nazirliyi Bakının Yasamal rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 310 kv.m olan 2 mərtəbəli mansard  tipli su satış  məntəqəsinin yanar konstruksiyaları 255 kv.m sahədə və ona bitişik ümumi sahəsi 54 kv.m olan  avtomobil yuma sexinin çayxana kimi fəaliyyət göstərən mansardı 54 kv.m sahədə yanıb. Yanğından hər 2 obyektin qalan hissəsi mühafizə olunub. Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar