
Keçmiş məhkum əməlindən qalmadı
Külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent-az-a verilən məlumata görə, Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakıxanov qəsəbəsində yaşayan, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş R.Mürsəlovun yaşadığı evdə keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
R.Mürsəlovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 8-də Bakı şəhər sakini M.Abdullayevanın içərisində 120 manat və sənədləri olan pulqabısını soyğunçuluq yolu ilə alması da müəyyən edilib.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Astara şəhər sakini, əvvəllər narkotkiklərlə bağlı cinayətə görə məhkum olunmuş M.Əliyev saxlanılıb.
Ondan çəkisi 6,2 kiloqram tiryək götürülüb.
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş rayon sakini X.Qarayevə narkotiki satmaqda şübhəli bilinən Beyləqan rayon sakini E.Məmmədov saxlanılıb, və ondan 1,3 kiloqrama yaxın marixuana götürülüb.
Sabirabad RPŞ Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.Qasımovun həyətyanı sahəsində keçirdikləri əməliyyat tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Oxşar yazılar

Qəbələdə FACİƏ: 4 yaşlı qız hovuzda BOĞULDU
10 iyul 2025 , 09:22
Ağdərədə mina partladı, 1 nəfər yaralandı
10 iyul 2025 , 09:17
Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncədə sakini narkotik vasitənin əsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53
“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” – Qətlə yetirilən Ümid Soltanovun atası
9 iyul 2025 , 21:43
Rusiyadan Azərbaycan şirkətlərinə QADAĞA
9 iyul 2025 , 19:33