Evdən 6 min manat və qızıl oğurlayan şəxs tutuldu
18 may 2016 12:06 (UTC +04:00)

Evdən 6 min manat və qızıl oğurlayan şəxs tutuldu

0

Bakıda evdən xeyli pul və qızıl oğurlayan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da Bakı şəhər sakini Allahyar Səmədovun evindən 6000 manat pul və qızıl əşyalar oğurlamış Füzuli rayon sakini İntiqam Məmmədov tutulub.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar