Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını güllələyib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə “N” saylı hərbi hissədə qeydə alınıb.
Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Zeynalov Tural Sərdar oğlunun əlindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Nəticədə silahdan açılan güllə onun əsgər yoldaşı 19 yaşlı Şahbazov Murad İntiqam oğluna dəyib.
M. Şahbazov hospitala yerləşdirilib.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.