Ermənilərin Ağdamda yaraladıqları daha bir mülki şəxs vəfat etdi
28 aprel 2016 14:18 (UTC +04:00)

Ermənilərin Ağdamda yaraladıqları daha bir mülki şəxs vəfat etdi

 

Erməni hərbi birləşmələrininAğdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki şəxslərdən biri dünyasını dəyişib. 
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, aldığı qəlpə yaraları ilə Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmiş Çəmənli kənd sakini, 67 yaşlı Hüseynov Əli Müseyib oğlu günorta saatlarında vəfat edib. 
 
Qeyd edək ki, ermənilərin bütün gecə boyu Ağdamın yaşayış məntəqələrini atəşə tutuması nəticəsində Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından ölüb. 
 
Müxtəlif qəlpə yaraları almış yeddi nəfər hazırda Ağdam Mərkəzi rayon Xəstəxanasında həkim nəzarəti altındadır. 
 
Xəstəxanadan APA-ya verilən xəbərə görə, Çəmənli kənd sakinləri Abdullayev Anar Nizami oğlu, Məmmədov Elnur Polu oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Fərəcov Zahid Fərəc oğlu, Məmmədov Anar və Kərimov Sirdaş Şükür oğlunun həyatlarına təhlükə yoxdur.
 
Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti isə ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

APA Baycan

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10