Ermənilər atəşkəsi 63 dəfə pozdu
21 noyabr 2014 09:58 (UTC +04:00)

Ermənilər atəşkəsi 63 dəfə pozdu

0

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 63 dəfə pozulub. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri Ağdam rayonunun Şıxlar, Sarıcalı, Şuraabad, Baş Qərvənd, Kəngərli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 


Düşmən cavab atəşi ilə susdurulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 557

Oxşar yazılar