Ermənilər cəbhədə aktivləşib: <span style="color:red;">6 rayon atəşə tutulub
01 noyabr 2014 10:04 (UTC +04:00)

Ermənilər cəbhədə aktivləşib: 6 rayon atəşə tutulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, ermənilər Berd rayonunun Ayqedzor və Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Mərzili, Novruzlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Qaraxanbəyli, Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 


Düşmən cavab atəşi ilə susdurulub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Oxşar yazılar