Erməni helikopterini məhv edən hərbçimiz mükafatlandırıldı
12 noyabr 2014 18:54 (UTC +04:00)

Erməni helikopterini məhv edən hərbçimiz mükafatlandırıldı

0

Bu gün erməni silahlı qüvvələrinin helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırılıb. Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu hərbi xidmətdə sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. İ.Muradov qiymətli hədiyyə ilə də mükafatlandırılıb.
 

Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb.

 

İlkin məlumata görə düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10807

Oxşar yazılar