Əmi qardaşıoğlunu güllələdi
02 avqust 2014 11:34 (UTC +04:00)

Əmi qardaşıoğlunu güllələdi

0

 

 Bakı sakini qardaşı oğlunu güllələyib.


 

Pirallahı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə avqustun 1-də Gürgən qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1962-ci il təvəllüdlü Oqtay Cəfərov sərxoş vəziyyətdə xuliqanlıq zəminində sənədi olmayan ov tüfəngi ilə qardaşı oğlu, 1982-ci il təvəllüdlü Cəfərov Niyazi Allahverdi oğlunu güllələyib.

 

Nəticədə baş nahiyəsindən xəsarət alan N. Cəfərov xəstəxanaya yerləşdirilib.

 

Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində O. Cəfərov tutulub.

 

Saxlanılarkən onun üzərindən 437 qram marixuana götürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1826

Oxşar yazılar