Elşad Abdullayevin yaydığı videoda adı hallandırılan şəxs həbs edildi
11 noyabr 2013 13:47 (UTC +04:00)

Elşad Abdullayevin yaydığı videoda adı hallandırılan şəxs həbs edildi

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yayımladığı videolarda adı hallanan şəxs tutulub.


 

Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının  Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirsahib Məcidov tutulub.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, M. Məcidov fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2284
avatar

Oxşar yazılar