Tovuz sakini elektrik mişarı ilə iş görən zaman özünə xəsarət yetirib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini 1993-cü il təvəllüdlü Elmar Bədəlov həyətində elektrik mişarla iş görən zaman ehtiyatsızlıq nəticəsində döş qəfəsindən xəsarət alıb. O dərhal xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin normal olduğu bildirilir.