Əkin sahəsindən meyit tapılıb
21 oktyabr 2014 12:15 (UTC +04:00)

Əkin sahəsindən meyit tapılıb

0
Ağdamın Eyvazlı kəndi yaxınlığında kişi meyiti tapılıb.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə yerinə gələn Ağdam Rayon Prokurorluğunun əməkdaşları ölü vəziyyətdə tapılmış şəxsin kimliyini müəyyən ediblər.

 

Məlum olub ki, Quzanlı-Qaradağlı yolunun kənarında əkin sahəsində meyiti aşkarlanan şəxs Ağdam rayonu Kəlbəhüseynli kənd sakini, 1968-ci il təvəllüdlü Aslanov Adil Sabir oğludur. Onun spirtli içki aludəçisi olduğu bildirlir.

 

Müstəntiqin bildirdiyinə görə, meyitin üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Hadisə yerinə gələn qohumları sonuncu dəfə A. Aslanovu dünən axşam saatlarında gördüklərini bildiriblər.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1146

Oxşar yazılar