Əfv sərəncamının icrası başa çatıb - <span style="color:red;">YENİLƏNİB
18 oktyabr 2014 13:11 (UTC +04:00)

Əfv sərəncamının icrası başa çatıb - YENİLƏNİB

0
Azərbaycanda əfv sərəncamının icrası başa çatıb.

 

APA-nın məlumatına görə, prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanası, 3 saylı İstintaq Təcridxanası, 2, 4, 6, 7, 10, 13, 14 saylı cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar.

 

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də var.

10.04.
 
Azərbaycanda əfv sərəncamının icrasına başlanıb.

 

APA-nın məlumatına görə, prezident İlham Əliyev oktyabrın 17-də bir qrup məhkumun əfv olunması ilə bağlı sərəncam verib.

 

Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Onların arasında “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1299

Oxşar yazılar