Azərbaycanda əfv sərəncamının icrası başa çatıb.
APA-nın məlumatına görə, əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bütün cəzaçəkmə müəssisələrində icra olunub.
Qeyd edək ki, prezident İlham Əliyev ötən gün əfv sərəncamı imzalayıb.
Əfv sərəncamı 148 nəfərə şamil olunub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.