Ötən ilin iyul ayından axtarışda olan Balakən rayon sakini Muradov Ruslan Zeynalabid oğlu Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) və 234.1-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) və 228-ci (qanunsuz odlu silah saxlama) maddələri ilə axtarışda olan Ruslan Muradov törətdiyi cinayəti qismən etiraf edib. O, həmyerlilərindən qisas almaq məqsədi ilə onları öldürməyə cəhd edib. İdarə etdiyi avtomobillə ədavəti olduğu şəxsləri qəsdən vurduğunu deyib: "Mənim yadımdan çıxıb hadisə, izahat vermişəm . Hadisənin üstündən bir il keçib. Yanlarına çatanda gördüm ölüblər, 2-3 nəfər idilər. Çıxıb getdim".
1987-ci il təvəllüdlü Ruslan Muradov saxlanılan zaman üstündən silah və narkotik vasitə aşkar edilib: "43 qram olub, çəkəniyəm, hardasa 3 ildir. Əvvəllər də məhkumluğum olub . Xuliqanlığa və narkotikə görə tutulmuşam. Silahı isə çay qırağından tapmışam".
Bakıya gətirməkdə məqsəd özünü müdafiə olub. İstintaq isə onun digər cinayətlərdə iştirakını istisna etmir. Araşdırma aparılır.