Baş Dövlət Yol Polisi İdarəsi bu gün Bakı-Qazax yolunun 79-cu km-də, Hacıqabul rayonu ərazisində baş vermiş avtobus qəzası ilə bağlı məlumat yayıb. İdarənin şöbə rəisi, polis mayoru Rüfət Quliyev Lent.az-a bildirib ki, hadisə günorta saat 12.30 radələrində üzü Bakı istiqamətində baş verib. Eyni istiqamətdə hərəkətdə olan üç nəqliyyat vasitəsi toqquşub. “Kamaz” arxadan “Mercedes”, “Setra” markalı sərnişin avtobusu isə “Kamaz”a çırpılıb. Nəticədə 60 nəfərin olduğu avtobusda yalnız 1 nəfər – sürücü xəsarət alıb. Digər 18 nəfər isə stress və şok vəziyyətində olduğu üçün tibbi yardım göstərilib.
Hazırda hadisənin səbəbləri araşdırılır.