Aşan avtomobil nazirliyə 7 min manat ziyan vurub
18 noyabr 2014 16:22 (UTC +04:00)

Aşan avtomobil nazirliyə 7 min manat ziyan vurub

0

Dünən Bakı dairəvi yolunda baş verən qəza nəticəsində yol təsərrüfatına 7 min manatdan artıq ziyan dəyib. Lent.az-ın məlumatına görə, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə deyib ki, yol qəzası zamanı yol təsərrüfatına 7358 manat ziyan dəyib. Belə ki, 90 poqonmetr əyri xətli tir, 50 ədəd işıqqaytaran sıradan çıxıb.

Qeyd edək ki, dünən Bakı dairəvi yolunda betonqarışdıran maşın idarəetməni itirməsi nəticəsində aşaraq ayırıcı metal çəpərin xeyli hissəsinə zərər yetirib. Qəza nəticəsində yanacaq-sürtkü materialları və beton kütləsi də yola dağılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1377

Oxşar yazılar