Bakının bu yollarına girməyin - <span style="color:red;">SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
19 may 2018 10:17 (UTC +04:00)

Bakının bu yollarına girməyin - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

0

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Lent.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən daxil olan məlumatına görə, bu məqsədlə, sözügedən yollar boyu 19 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 503

Oxşar yazılar