Məktəbdəki yanğında 1 müəllimə və 3 şagird tüstüdən zəhərlənib
07 noyabr 2014 13:26 (UTC +04:00)

Məktəbdəki yanğında 1 müəllimə və 3 şagird tüstüdən zəhərlənib

0

Daxili İşlər Nazirliyi Səbail rayonundakı orta məktəbin zirzəmisində baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 6-da saat 10.00 radələrində Səbail rayonu ərazisindəki 51 saylı orta məktəbin zirzəmisində yanğın baş verib.

 

Nəticədə 12 kvm. sahə döşəmə və partalar yanıb, tüstüdən zəhərlənmiş bir müəllimə və 3 şagird Təcili Tibbi Yardım Stansiyasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 777

Oxşar yazılar