DİN məktəblinin ölümü ilə bağlı məlumat yaydı
23 aprel 2015 13:17 (UTC +04:00)

DİN məktəblinin ölümü ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi Suraxanı rayonunun Hövsan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, aprelin 22-də saat 09 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Elmar Ağayev vurulub və o, hadisə yerində ölüb. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “Toyota” markalı avtomobilin sürücüsü, Hövsan qəsəbə sakini Nurlan Fərhadov saxlanılıb.

 

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

 

Qeyd edək ki, qəzada ölən piyadanın 9 yaşı var və o, orta məktəbin 3-cü sinif şagirdidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar