DİN kütləvi dava ilə bağlı məlumat yaydı
24 iyul 2014 12:55 (UTC +04:00)

DİN kütləvi dava ilə bağlı məlumat yaydı

0

Daxili İşlər Nazirliyi iyulun 24-nə keçən gecə Xaçmaz şəhərində baş vermiş kütləvi dava ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər ərazisində əvvəllər məhkum olunmuşlar Coşqun Cəbrayılov və onun qardaşı İsmayıl münaqişə zəminində həmyerliləri  Elşən Əhmədova, Eyvaz Cəbrayılova və Emil İsayevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

E.Əhmədov hadisə yeridə ölüb, E.Cəbrayılov və E.İsayev xəstəxanaya yerləşdiriliblər.

Xaçmaz RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 985

Oxşar yazılar