<b><span style="color:red;">DİN:  Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb</b>
04 may 2019 11:10 (UTC +04:00)

DİN: Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. 
 
Daxili İşlər Nazirlitinin Mətbuat Xidmətindən Lent.az-a verilən xəbərə görə, mayın 3-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 fakt üzrə çəkisi 11 kiloqramdan çox müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb. 
 
Belə ki, daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər soyğunçuluq etdiyinə görə məhkum olunmuş Aqşin Bədəlovdan 8 kiloqram 220 qram tiryək, 130 qram həşiş və 230,55 qram metamfetamin götürülüb . 
 
Əldə edilən məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Anar İsmayılovdan 0,672 qram marixuana götürülüb.
 
Araşdırmalarla A.İsmayılova narkotik vasitəni satmış həmyerlisi Kamil Hüseynov da saxlanılıb. Evinə baxış zamanı oradan 2 kiloqram 11,671 qram marixuana götürülüb. 
 
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat-axtarış tədbiri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Məhərrəmov saxlanılıb, ondan 450 qram marixuana götürülüb. 
 
Digər əməliiyat Şəkidə keçirilib. Şəki Rayon Polis Şöbəsi-nin əməkdaşları tərəfindən şəhər sakini Rövşən Vahidovun evinə baxış zamanı 306,7 qram marixuana aşkar edilərək götürülüb. 
 
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 
 
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1083
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar